07.06.2018-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçıcı cənab Şahmar Usubov
Göyçay rayonu ərazisində müvəqqəti məskunlaşan Xocalı rayon sakinləri ilə Göyçay Texniki Kollecinin inzibati binasında səyyar qəbul - görüş keçirdi. Xocalı rayon İH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov və Göyçay rayon İHB-nın birinci müavini İkram Vəliyev də görüşdə iştirak etdilər.
Görüşdə Göyçay Texniki Kollecinin yataqxanasında məskunlaşan əsasən Xocalı rayon Kosalar kənd sakinlərinin problemləri dinlənildi. Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsinin müavini Elməddin Hümbətov görüş zamanı sakinlərin problemlərini rayon rəhbərinin diqqətinə çatdırdı. Görüşün təşkili üçün sakinlər adından minnətdarlıq etdi.
Sonra sakinlər kommunal ödənişlər zamanı yaranan problemlərin aradan qaldırılmasını, gələcəkdə tikilməsi nəzərdə tutulan yeni yaşayış massivinə köçürülmələrini və işlə təminedilmə məsələlərinin həllini rayon rəhbərindən xahiş etdilər.
Şahmar Usubov qaldırılan məsələləri dinlədi və həllini nəzarətə götürdü. Bəzi müraciətlər yerindəcə həllini tapdı.
Sonda sakinlər məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.